Daşkəsəndə dağ uçqunu olub - FOTO

Daşkəsəndə dağ uçqunu baş verib.

Olaylar.az APA-ya istinadən bildirir ki, hadisə Gəncə-Daşkəsən yolunun 17-ci km-də, rayonun Bayan kəndi yaxınlığında qeydə alınıb.

Güclü yağışdan sonra dağ uçqunu zamanı yolun hərəkət hissəsinə qayalar və torpaq axıb. Nəticədə, magistral yol qismən bağlanıb.

Dərhal əraziyə Yol İstismar İdarəsinin əməkdaşları cəlb olunub. Qısa zamanda yol açılıb.

Qeyd edək ki, dağ uçqunu iki dəfə baş verib.

Məqaləyə dair fotomateriallar:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31