Sumqayıtda kütləvi zəhərlənmə
25 İyun 2024 09:32 HadisəSumqayıtda dezinfeksiyadan 5 nəfər zəhərlənib.
Olaylar bildirir ki, hadisə 76-cı məhəllədə yerləşən müəssisələrdən birində baş verib.
Sumqayıt şəhər sakinləri, 1981-ci il təvəllüdlü Mənsimova Kəmalə Aqil qızı, 1975-ci il təvəllüdlü Şərifova Könül Səfər qızı, 1981-ci il təvəllüdlü İsrafilova Qəribə Əlövsət qızı, 1978-ci il təvəllüdlü Gülməmmədova Şəfa Bəhram qızı və 1986-cı il təvəllüdlü Maralova Zülfiyyə Sədrəddin qızı işlədikləri müəssisədə həşərat əleyhinə edilən dizenfeksiyadan zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31