“Günahkarlar ciddi şəkildə cəzalandırılacaq” - Anar Ələkbərov
9 Yanvar 2024 12:45 HadisəXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Azərbaycan Prezidenti baş verən hadisənin araşdırılması və günahkarların müəyyən edilərək ciddi şəkildə cəzalandırılmasını tapşırıb".
Olaylar.az xəbər verir ki, bunu "Qafqazinfo"ya açıqlamasında Prezidentin köməkçisi Anar Ələkbərov deyib. O qeyd edib ki, sözügedən hadisə dövlət başçısı və birinci xanım Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.
Yanğın yerində olan Anar Ələkbərov hazırda digər dövlət rəsmiləri ilə birgə yanğında zəhərlənənlərə baş çəkməyə getdiklərini də əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31