Rəsmilər yanğın yerinə getdilər - FOTO
9 Yanvar 2024 12:27 HadisəXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Respublika Perinatal Mərkəzində baş vermiş yanğınla əlaqədar bir sıra rəsmi şəxslər sözügedən xəstəxanaya baş çəkiblər.
Olaylar.az xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov, baş prokuror Kamran Əliyev və səhiyyə naziri Teymur Musayev Respublika Perinatal Mərkəzinə gəliblər. Onlar hazırda hadisə yerinə baxış keçirirlər.
Xatırladaq ki, yanğın zamanı mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 körpənin meyiti aşkar olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31