Perinatal Mərkəzdəki yanğınla bağlı cinayət işi başlandı
9 Yanvar 2024 11:10 HadisəXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Respublika Perinatal Mərkəzində baş vermiş yanğınla bağlı cinayət işi başlanıb.
Olaylar.az xəbər verir ki, bu barədə Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi və "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) birgə məlumatında deyilir.
Bildirilib ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş vermiş yanğın Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb, aidiyyəti dövlət orqanlarının koordinasiyalı və operativ fəaliyyəti nəticəsində Mərkəzdə olan şəxslər təxliyə olunub.
"Baş Prokurorluğun rəhbər vəzifəli şəxslərinin iştirakı ilə hadisə yerinin müayinəsi aparılıb, eləcə də zəruri və təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.