Kürdəmirdə yük maşını yandı
8 Yanvar 2024 12:25 HadisəXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Kürdəmir rayonu, Qarasaqqallı kəndi ərazisində avtomobildə yanğın baş verib.
Olaylar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində "ГАЗель" markalı yük avtomobilinin mühərrik və kabina hissəsində baş vermiş yanğın qısa müddətdə söndürülərək digər hissələrinə keçməsinə imkan verilməyib.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31