Keçmiş məhkumlar mağazadan külli miqdarda oğurluq etdilər
7 Yanvar 2024 13:59 HadisəGoranboyda mağazadan oğurluq edilib.
Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 2-nə keçən gecə Qaradağlı kəndi ərazisində mağazaların birindən 250 manat pul və 2000 manat dəyərində məişət əşyaları, spirtli içki və tütün məmulatı oğurlanmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - rayon sakini Ə.Məmmədov və Gəncə şəhər sakini R.Qafarov saxlanılıblar.
Ə.Məmmədovun digər bir evdən 204 manat və 2000 ABŞ dolları oğurlaması da müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31