Ötən gün Azərbaycanda 56 kq narkotik AŞKARLANDI
7 Yanvar 2024 11:17 HadisəÖtən gün Azərbaycanda ümumi çəkisi 56,6 kiloqramdan çox narkotik vasitə və 700 ədəd metadon həbi aşkar olunaraq götürülüb.
Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 2 kiloqram 282 qram heroin, 51 kiloqram 357 qram marixuana, 1,8 kiloqram tiryək, 1,2 kiloqram metamfetamin, həmçinin 700 ədəd metadon həbi olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31