TƏBİB-dən Aygün Bəylərlə bağlı AÇIQLAMA - TƏCİLİ
7 Yanvar 2024 10:21 Hadisə"Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümmətovanın (Bəylər) təhlükəsiz şəkildə təxliyəsi üçün Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin tam təchiz olunmuş ambulansı peşəkar reanimasion tibbi briqada ilə birgə təhkim olunub".
Olaylar.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, ambulans portativ süni tənəffüs aparatı, tibbi sərf və zəruri dərmanlarla təchiz olunmuş reanimobildir:
"Təcili və təxirəsalınmaz tibbi yardım briqadası ixtisaslaşmış tibb müəssisəsinə təxliyə prosesini icra etmək üçün hazırda Heydər Əliyev Beynəlxalq Aeroportundadır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31