Azərbaycanda avtomobil kanala aşdı: xəsarət alanlar var - FOTO

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Qəbələ rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Olaylar.az milli.az-a istinadən xəbər verir ki, hadisə Qəbələ-Ağdaş avtomobil yolunun rayonun Hacallı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Chevrolet Cruze" markalı minik avtomobili yoldan çıxaraq kanala aşıb. Nəticədə avtomobildə olan 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alan şəxslər Şamaxı rayon sakinləri Elsəvər Qədimov və onun həyat yoldaşı Nigar Qədimovadır.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31