Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
29 Dekabr 2023 10:22 HadisəDekabrın 28-də ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
DİN-in Mətbuat xidmətindən Olaylar.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 156, o cümlədən borclu şəxs qismində axtarışda olan 125 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31