Pirotexnika satdığı üçün cərimələnən şəxs eyni əmələ görə yenidən SAXLANILDI

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Polis əməkdaşları pirotexniki vasitələr satdığı üçün bir neçə gün əvvəl cərimələnən şəxsi eyni əməli törətdiyi üçün saxlayıb.

Bu barədə Olaylar.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Belə ki, bir neçə gün əvvəl Qaradağ rayonunda yerləşən iri ticarət mərkəzlərindən birində pirotexniki vasitələrin satışını təşkil etdiyi üçün saxlanılan və barəsində inzibati protokol tərtib edilən şəxsin təkrarən eyni əməli törətdiyi məlum olub.

Bu səbəbdən həmin şəxs paytaxt sakini E.Hüseynov yenidən polis əməkdaşları tərəfindən saxlanılıb. Bu dəfə isə ondan ümumilikdə 1570 ədəd pirotexniki vasitə aşkar edilib. E.Hüseynov barəsində toplanan materiala hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib, araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31