Hafiz Babalı saxlanılıb - RƏSMİ - FOTO

Jurnalist Hafiz Babalı saxlanılıb. O, ​"Abzas media" ilə bağlı iş üzrə cinayət məsuliyyətinə cəlb edilib.

Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, istintaq hərəkətləri aparılır.

Xatırladaq ki, daha öncə sözügedən saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eyni zamanda direktor müavini Məhəmməd Kekalov qaçaqmalçılıq ittiham ilə həbs ediliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31