Yasamalda 3 avtomobilin toqquşması ilə qəza baş verib.
Olaylar.az xəbər verir ki, qəza Yasamal rayonu Abbar Mirzə Şərifzadə küçəsində baş verib. Belə ki, "Chevrolet" markalı avtomobili "Hyundai" markalı avtomobillə toqquşub, daha sonra isə "Renault" markalı minik avtomobilinin üstünə çıxıb.
Hadisə nəticəsində ciddi xəsarət alan şəxsin olmadığı bildirilir. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31