Dünənki zəlzələdən sonra Bakıda qala divarları üzə çıxıb?
8 Dekabr 2023 14:51 Hadisə"Sosial mediada yayılan videogörüntülərə görə, dünənki zəlzələdən sonra Səngəçalda Otman Bozdağ vulkanına yaxın ərazidə qala divarları üzə çıxıb".
Olaylar.az xəbər verir ki, APA-nın sorğusuna cavab olaraq Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən verilən xəbərə görə, məlumatın həqiqi olub-olmamasını yoxlamaq üçün hazırda əraziyə mütəxəssis qrupu göndərilib.
"Əraziyə baxışdan sonra mətbuata əlavə məlumat veriləcək", - məlumatda vurğulanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31