"Zəlzələ olduğunu mən heç bilmirdim, rayondan zəng edib dedilər" - Seysmoloji Xidmətin baş direktoru
7 Dekabr 2023 12:48 HadisəXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Hətta mən yatmışdım, zəlzələni hiss etmədim".
Olaylar.azxəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu gün zəlzələ ilə bağlı keçirilən brifinqdə deyib:
"Hər kəs zəlzələni hiss edəcək deyə bir şey yoxdur. Bəzi insanlar hiss edir, bəziləri isə yox. Zəlzələ baş verəndə mən heç bilmədim. Rayondan zəng vurdular ki, çılçıraq silkələnir, zəlzələ baş verib. Baxdım, heç o da tərpənmirdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31