Bu gün baş verən zəlzələ 50 saniyə davam edib

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Bu gün baş verən zəlzələ 50 saniyə davam edib.

Olaylar.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bugünkü zəlzələ ilə bağlı keçirdiyi brifinqdə deyib.

O bildirib ki, zəlzələdən sonra 5 afterşok qeydə alınıb.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 08:16-da Xəzər dənizində maqnitudası 5.6 olan zəlzələ baş verib. Zəlzələ ocağının dərinliyi 68 km təşkil edib. Zəlzələnin episentri Siyəzən stansiyasından 60 km şərqdə Xəzər dənizində olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31