Zəlzələdən sonra qatarların hərəkəti bərpa edildi
7 Dekabr 2023 11:44 HadisəXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
7 dekabr saat 08:15 radələrində Xəzər dənizində baş vermiş zəlzələdən dərhal sonra Azərbaycan Dəmir Yolları (ADY) ərazisindəki infrastruktur obyektlərinə texniki baxış keçirilib, süni mühəndis qurğularının (körpülər, tunellər və s.) vəziyyəti yoxlanılıb.
ADY-dən Olaylar.az-a bildirilib ki, aparılan yoxlamalara əsasən, zəlzələ nəticəsində yol infrastrukturuna ciddi ziyan dəymədiyi məlum olub.
Qeyd edilib ki, yük və sərnişin qatarlarının hərəkəti normal rejim üzrə tam bərpa olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31