Ağcabədidə dönərxanada partlayış oldu - Xəsarət alanlar var

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Ağcabədi şəhərində ümumi sahəsi 24 m² olan dönərxanada yanğınla nəticələnən partlayış hadisəsi baş verib.

Olaylar.az xəbər verir ki, bu barədə fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğın nəticəsində dönərxananın dam örtüyünün taxta atmaları 10 m² sahədə yanıb. Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb. Dönərxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31