Xəzərdə baş vermiş zəlzələ gəmilərin hərəkətinə necə təsir edib? - AÇIQLAMA

Bu gün yerli vaxtla saat 08:16-da Xəzər dənizində maqnitudası 5.6 olan zəlzələ baş verib.

Zəlzələ Xəzər dənizindəki gəmilərin hərəkətinə necə təsir edib?

Olaylar.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən (ASCO) bildirilib ki, gəmilərinin hərəkətində heç bir problem yaranmayıb.

"Gəmilər adi qaydada fəaliyyətlərini davam etdirirlər", - məlumatda qeyd olunub.

Qeyd edək ki, zəlzələ Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub. Zəlzələ ocağının dərinliyi 68 km təşkil edib. Zəlzələnin episentri Siyəzən stansiyasından 60 km şərqdə Xəzər dənizində olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31