Zəlzələdən sonra afterşoklar olacaq - Qurban Yetirmişli

Bakıda güclü zəlzələ gözlənilmir.

Olaylar.az xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib.

O, əhalini narahat olmamağa çağırıb.

"Bundan sonra da, ola bilsin, afterşoklar olsun. Lakin onlar qorxulu olmayacaq", - deyə o qeyd edib.

Qeyd edək ki, Siyəzən stansiyasından 60 km şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 5,6 təşkil edib. Yerin 68 km dərinliyində qeydə alınan zəlzələ hiss olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31