DİN zəlzələ barədə açıqlama yaydı

Daxili İşlər Nazirliyi Azərbaycanda qeydə alınan zəlzələ barədə açıqlama verib.

Qurumdan Olaylar.az-a bildirilib ki, zəlzələ ilə bağlı Bakı şəhəri və ətraf ərazilərdən hər hansı dağıntı və təlafatla barədə DİN-ə məlumat daxil olmayıb.

Qeyd edək ki, Siyəzən stansiyasından 60 km şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 5,6 təşkil edib. Yerin 68 km dərinliyində qeydə alınan zəlzələ hiss olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31