Zəlzələ nəticəsində hər hansı dağıntı olmayıb - FHN

Fövqəladə Hallar Nazirliyi Azərbaycanda qeydə alınan zəlzələ barədə açıqlama yayıb.

Nazirlikdın Olaylar.az-a bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 07.12.2023-cü il tarixində yerli vaxtla saat 08:16-da Xəzər dənizində 68km dərinlikdə maqnitudası 5.6 olan zəlzələ qeydə alınıb.

"Zəlzələ Bakı şəhəri və ətraf ərazilərdə hiss olunub. Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə FHN-ə məlumat daxil olmayıb", - açıqlamada deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31