Ağcabədidə ferma yanıb
6 Dekabr 2023 15:21 HadisəXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Ağcabədidə fermada yanğın olub, 80 baş heyvan tələf olub.
Olaylar.az xəbər verir ki, hadisə rayonun Xocavənd kəndində qeydə alınıb. Kənd sakini Mikayıl Abdullayevə məxsus fərdi təsərrüfatda yanğın baş verib.
Hadisə yerinə dərhal FHN-nin Ağcabədi rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Alovun qarşısı alınaraq yanğın söndürülüb. Hadisə nəticəsində tövlədə olan 80 baş iribuynuzlu heyvan tələf olub. Təsərrüfat sahibinin bildirdiyinə görə təxminən ona 150 min manat ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır. (Trend)





![]()
![]()
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31