Sığınacaqdan 8 uşaq qızılcaya görə xəstəxanaya yerləşdirilib
6 Dekabr 2023 15:20 HadisəXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Azərbaycan Uşaqları" İctimai Birliyinin sığınacağında qızılcaya yoluxan 18 uşaq 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib.
Bu barədə Olaylar.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlardan 8-i dekabrın 5-də sağalaraq xəstəxanadan buraxılıb.
"10 uşağın müalicəsi isə hazırda 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında davam etdirilir. Vəziyyətləri stabildir", - məlumatda qeyd edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31