Bakıda üç evdən pul və qızıl-zinət əşyaları oğurlandı
6 Dekabr 2023 13:48 HadisəXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Bakıda üç evdən oğurluq olub.
Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda Binə qəsəbəsində 3 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini S.Əlizadə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31