Anasını bıçaqlayan yeniyetmə vəzifəli şəxsin oğludur

Ağdaşda anasını bıçaqlayan şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Olaylar.az-a bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan şəxs saxlanılıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə dövlət qurumlarından birinin şöbə rəisi vəzifəsində işləyən və yüksək rütbə daşıyan N.H-nin ailəsində baş verib. Hadisəni törədən oğlan vəzifəli şəxsin oğlu, bıçaqlanan qadın isə onun həyat yoldaşıdır.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31