Bakıda yeniyetmə qız və oğlan itkin düşdü
28 Sentyabr 2023 10:32 HadisəBakıda yeniyetmələr itkin düşüb.
Olaylar.az APA-ya istinadən bildirir ki, Xətai rayonu Məhəmməd Hadi küçəsi ev 83-də yaşayan, 2007-ci il təvəllüdlü Sessiz Ayşə Yusif qızı sentyabrın 26-da yaşadığı evdən çıxıb geri və geri qayıtmayıb.
Bundan başqa Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan, 2011-ci il təvəllüdlü Rzayev Fuad Əliyusif oğlu sentyabrın 26-ı yaşadığı evdən çıxaraq itkin düşüb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31