Zəhərli maddə aşkar edildi - FOTO
11 Avqust 2023 19:03 HadisəDövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin "Beynəlxalq Dəniz Ticarət Limanı" gömrük postunda Qazaxıstan Respublikasından Azərbaycan Respublikasına "Professor Gül" gəmi-bərəsi ilə gətirilmiş nəqliyyat vasitəsinə keçirilmiş gömrük baxışı zamanı gömrük nəzarətindən gizlədilmiş 50,265 qram metallik civə zəhərli maddə aşkar edilib götürülmüşdür.
Olaylar.az xəbər verir ki, faktla bağlı Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən araşdırma aparılaraq Azərbaycan Respublikası CM-nin 206.3.2 (Qaçaqmalçılıq) və 240.2.1-ci (Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi başlanmış və Baş idarənin əməkdaşları tərəfindən keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən maddənin satışını təşkil edən şəxs müəyyən edilərək CM-nin 206.3.2 və 240.2.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmişdir.
Hazırda cinayət işinin istintaqı davam etdirilir.
