Qaradağda baş verən zəncirvari qəzanın görüntüləri - ANBAAN VİDEO
19 İyun 2023 10:37 HadisəQaradağda baş verən zəncirvari qəzanın görüntüləri yayılıb.
Olaylar.az xəbər verir ki, hadisənin anbaan görüntülərini əks video sosial şəbəkələrdə paylaşılıb.
Qeyd edək ki, yol-nəqliyyat hadisəsi ötən gün saat 13:45 radələrində Bakı-Qazax yolunun 30-cu km-də baş verib.
İki yük avtomobilinin toqquşması nəticəsində yük avtomobillərinin sürücüləri idarəetməni itirib və nəticədə avtomobillərdən biri marketin önündə dayanan digər nəqliyyat vasitələrinə çırpılıb.
Qəza nəticəsində ölüm halı baş verməsə də, 2 nəfər xəsarət alıb, 10-a yaxın avtomobilə maddi ziyan dəyib.
Hadisənin görüntülərini təqdim edirik:
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31