Qəbələ RLS-də faciəvi hadisə - Ölən var
26 Sentyabr 2022 14:49 HadisəQəbələ Radiolokasiya Stansiyasında ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Olaylar.az "Qafqazinfo"ya istinadən bildirir ki, rayonun Soltannuxa kəndində yerləşən hərbi təyinatlı obyektdə mühzafizəçi, 1981-ci il təvəllüdlü Sərvan Hüsyen oğlu Balasoltanovu cərəyan vurub. O, hadisə yerində vəfat edib.
Ölən şəxsin Qəbələ Rayon Mühafizə Şöbəsinin mülki işçisi olduğu bildirilir.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31