Bərdədə avtomobil piyadaları VURDU
24 Sentyabr 2022 23:03 HadisəBərdədə avtomobil vurduğu iki piyadadan biri ölüb.
Olaylar.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Həzi Aslanov küçəsində baş verib. Yolu keçmək istəyən 2000-ci il təvəllüdlü İsmayılova Röya Qoşqar qızı həyatını itirib. Onun həyat yoldaşı, qəzada xəsarət alan 1993-cü il təvəllüdlü İsmayılov Adəm Akif oğlu Bərdə rayon xəstəxanasına yerləşdirilib.
Piyadaları vuran sürücü hadisə yerindən qaçıb. Polis onu axtarır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31