Bakı aeroportunda BƏDBƏXT HADİSƏ: Bir nəfər həyatını itirdi - FOTO
22 Sentyabr 2022 16:04 HadisəHeydər Əliyev Beynəlxalq Hava Limanında dəhşətli hadisə baş verib.
Hava limanı ərazisindəki köhnə anqarda, daha dəqiq desək "E" dayanacağında kran fəhlələrin üzərinə aşıb.
Hadisə nəticəsində bir fəhlə faciəvi şəkildə həyatını itirib, digəri isə ağır yaralanıb.
Dəhşətli hadisənin təfərrüatları bəlli deyil.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

KONKRET.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31