15 yaşlı qız özünü güllələdi - Daşkəsəndə FACİƏ

Daşkəsəndə 15 qız odlu silahdan açılan atəş nəticəsində ölüb.

Olaylar.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Qabaqtəpə kəndində qeydə alınıb.

Kənd sakini 2007-ci il təvəllüdlü Həsənova  Günel Əli yaşadığı evdə  odlu silahdan (Tüfəng) açılan atəş nəticəsində ölüb. Hadisənin  hansı səbəbdən baş verdiyi məlum deyil. Meyit müayinə olunmaq üçün adiyyatı üzrə təhvil verilib. Məlumata görə, hadisə baş verən zaman yeniyetmə qız evdə tək olub.

Faktla bağlı Daşkəsən rayon prokrorluğunda  araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31