İranda törədilən partlayışlarda ölənlərin sayı 188-ə çatıb - YENİLƏNİB - VİDEO - FOTO

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

19:35

İranın Kirman vilayətində baş verən partlayışlar nəticəsində ölənlərin sayı 188 nəfərə çatıb.

Olaylar.az "Report"-a istinadən xəbər verir ki, bu barədə İranın yerli saytları səhiyyə rəsmilərinə istinadən xəbər verir.

Qeyd edək ki, terror aktı ilə əlaqədar ölkədə matəm elan edilib.

Yanvarın 3-də İranın İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) generalı Qasim Süleymaninin dəfn olunduğu qəbiristanlığa gedən yolda iki ayrı-ayrı məkanda partlayış törədilib. Partlayışların səbəbi hələlik məlum deyil.

Xatırladaq ki, Qasim Süleymani 2020-ci il yanvarın 3-də İraqda ABŞ hərbçiləri tərəfindən zərərsizləşdirilib. SEPAH-ın Qüds qolu xarici ölkələrdə əks-kəşfiyyat fəaliyyəti ilə məşğul olub. Bu qoşun xarici ölkələrdə müxtəlif adlar altında fəaliyyət göstərir, habelə, İran hakimiyyətinin siyasi-ideoloji düşüncəsini yayaraq bu istiqamətdə təşkilatlar yaratmaqla məşğuldur. Qüds qolu həm də İraq, Suriya, Yəmən və s. yerlədə ABŞ, İsrail və NATO-ya qarşı müxtəlif hücumlar təşkil edir.

-------

18:14

İranın Kirman şəhərində baş verən partlayışlar nəticəsində ölənlərin sayı 103 nəfərə çatıb.

Olaylar.az report-a istinadən xəbər verir ki, bu barədə Kirman şəhər fövqəladə hallar idarəsinin rəisi bildirib.

Onun sözlərinə görə, yaralı sayı 141 nəfər təşkil edir.

İRNA-nın məlumatına görə, birinci partlayış Sepah-ın Qüds qolunun keçmiş komandanı general Qasim Süleymaninin məzarının 700 metrliyində, ikinci partlayış isə ziyarətgahın bir kilometrliyində, nəzarət-buraxılış məntəqəsi yaxınlığında qeydə alınıb.

Kirman qubernatorunun təhlükəsizlik üzrə müavini partlayışların terror aktı olduğunu təsdiqləyib.

Yaralananlardan bəzilərinin vəziyyəti ağır kimi qiymətləndirilir və ölü sayının artacağı ehtimalı var.

-------

18:00

Qasım Süleymaninin ildönümdə baş verən partlayışın görüntüləri yayılıb.

Terror aktının baş vermə anını təqdim edirik:

---------

17:18

İranın Kerman şəhərində baş verən partlayışlar nəticəsində ölənlərin sayı 73-ə çatıb.

Olaylar.az report-a istinadən xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

Bildirilib ki, yaralıların sayı 170-ə çatıb.

---------

17:05

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin Kermandakı məqbərəsinə aparan küçədə baş verən partlayış zamanı ölənlərin sayı 53-dür.

Yaralı sayı 70-dən çoxdur.

Ölən və yaralananlarının sayının artacağı ehtimal olunur.

----------

16:49

Sepah-ın Qüds qolunun keçmiş komandanı general Qasim Süleymaninin öldürülməsinin ildönümü mərasimində baş verən partlayışda ölənlərin sayı 50-yə çatıb.

Olaylar.az report-a istinadən xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

Qeyd edilib ki, hazırda ölü və yaralalılar hadisə yerindən təxliyə edilir.

İranın Kerman vilayətinin valiliyi baş verən partlayışları terror aktı adlandırıb.

--------

16:26

İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) Qüds qolunun keçmiş komandanı general Qasim Süleymaninin dəfn olunduğu Kerman şəhəri qəbiristanlığına gedən Golzar Şahadai yolunda iki partlayış baş verib.

Olaylar.az report-a istinadən xəbər verir ki, məlumatı "Tasnim" yayıb.

Hadisə Qasim Süleymaninin öldürülməsinin ildönümünün qeyd olunduğu vaxt baş verib. İlkin məlumata əsasən, 20 nəfər ölüb, 50 nəfər yaralanıb.

Partlayışın səbəbi hələ ki məlum deyil.

Qeyd edək ki, Qasim Süleymani 2020-ci il yanvarın 3-də İraqda ABŞ hərbçiləri tərəfindən zərərsizləşdirilib. Sepah-ın Qüds qolu xarici ölkələrdə əks-kəşfiyyat fəaliyyəti ilə məşğul olub. Bu qoşun xarici ölkələrdə müxtəlif adlar altında fəaliyyət göstərir, habelə, İran hakimiyyətinin siyasi-ideoloji düşüncəsini yayaraq bu istiqamətdə təşkilatlar yaratmaqla məşğuldur. Qüds qolu həm də İraq, Suriya, Yəmən və s. yerlədə ABŞ, İsrail və NATO-ya qarşı müxtəlif hücumlar təşkil edir.

------

16:21

Qasım Süleymaninin Kermandakı məqbərəsi yaxınlığında baş verən partlayış nəticəsində 15 nəfər yaralanıb.

Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə Kerman fövqəladə hallar rəisi bildirib.

Kerman valiliyinin rəsmisi isə qeyd edib ki, hadisənin qaz partlayışı, yoxsa terror aktı olması hələ məlum deyil.

Qeyd edək ki, bu gün Kerman şəhərində SEPAH-ın Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin dördüncü ildönümündə dəfn olunduğu qəbiristanlığın yaxınlığında iki partlayış baş verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31