Nobel Sülh Mükafatçısı məhkəməyə gəlməkdən imtina etdi - FOTO

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Güneyli hüquq müdafiəçisi, siyasi məhbus və Nobel Sülh Mükafatının qalibi Nərgiz Məhəmmədi barəsində açılan iş üzrə məhkəmə iclasında iştirak etməyə razı olmadığı bildirilib.

Olaylar.az milli.az-a istinadən bildirir ki, bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.

Məlumata görə, Nərgiz Məhəmmədi İnqilab Məhkəməsini ölkənin gənclərinin qəssabxanası adlandırıb, təhlükəsizlik qurumlarına, o cümlədən məhkəmələrə bağlı hakimlərin orada iştirak etmək səlahiyyətlərinə və etibarına inanmadığını söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31