İranda 4,9 bal gücündə ZƏLZƏLƏ

İranın qərbində, İraqla sərhəddə 4,9 bal gücündə zəlzələ baş verib.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Məlumata əsasən, zəlzələnin episentri Dehloran şəhərindən 37 km şimal-şərqdə olub. Zəlzələnin ocağı 11 km dərinlikdə yerləşib.

Dağıntı və zərər çəkənlər barədə məlumat verilməyib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31