Nobel Sülh Mükafatı laureatı aclıq aksiyasına başladı

Tehranın Evin həbsxanasında saxlanılan Nobel mükafatçısı və siyasi məhbus Nərgiz Məhəmmədi bu gün səhərdən aclıq aksiyasına başlayıb.

Olaylar.az axar.az-a istinadən bildirir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, məcburi hicab qaydalarını pozduğu üçün Məhəmmədinin tibb məntəqəsinə köçürülməsinə icazə verilməyib, o da bu vasitəyə əl atıb.

Siyasi məhbusun ürək çatışmazlığı və tənəffüs problemi xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq, müayinə və müalicəsinə icazə verilmir.

Qeyd edək ki, Güney Azərbaycanın Zəncan şəhərində doğulan Nərgiz Məhəmmədi hazırda Tehranın Evin həbsxanasında saxlanılır. O, 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib. Məhəmmədi son məhkumluq dövründən əvvəl də 5 il yarım məhkumluq dövrü yaşayıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31