İran Qəzzada saxlanılan girovların azad edilməsinə yardım etməyə hazırdır - Nazir
26 Oktyabr 2023 22:07 Güneyİran Qətər və Türkiyə ilə birlikdə HƏMAS-ın İsrailə hücumu zamanı əsir götürdüyü girovların azad edilməsinə yardım etməyə hazırdır.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian BMT Baş Assambleyanın Fələstinin mülki əhalisinin müdafiəsi ilə bağlı xüsusi sessiyasında çıxış edərkən deyib.
"Biz [Qəzza zolağındakı vəziyyəti həll etmək üçün] daha çox səy göstərməyə hazırıq. "HƏMAS" hərəkatının liderləri mülki məhbusları azad etməyə hazır olduqlarını bəyan ediblər və İran, Türkiyə və Qətər bu mühüm humanitar problemin həllində iştirak etmək niyyətindədirlər", - deyə o bildirib.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar. İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.