İranın keçmiş prezidentinin ölkə xaricinə çıxışına qadağa qoyuldu

İranın keçmiş prezidenti Mahmud Əhmədinejatın xaricə çıxışına qadağa qoyulub.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə məlumatı ona yaxın informasiya kanalı yayıb.

Bildirilib ki, M.Əhmədinejatın Qvatemalaya səfərinin qarşısı alınıb.

Məlumata görə, hava limanında onun pasportu müsadirə edilib.

Keçmiş prezident pasportunun qaytarılaraq Qvatemalaya səfər etməsi üçün uyğun qərarın qəbul ediləcəyini gözləyir.

Qeyd edək ki, o, 2005-2013-cü illərdə İranın prezidenti olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31