Rəisi vətəndaşları hədələdi
15 Sentyabr 2023 19:56 GüneyKim Əmini (Məhsa Əmini) adından, yaxud başqa hər hansı mövzudan sui-istifadə edərək, ölkənin təhlükəsizliyinə xələl gətirməyə çalışsa, ağır nəticələrlə üzləşəcək.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi keçirilməsi gözlənilən ümumi etiraz nümayişləri ilə bağlı İran televiziyasına müsahibəsində deyib.
O, aksiya keçirmək istəyənləri, çağırış edib, nümayişə hazırlaşanları təhdid edib.
Qeyd edək ki, Məhsa Əmininin hökumət məmuru tərəfindən öldürülməsinin ildönümündə - sentyabrın 17-də İranda ümumi etiraz aksiyalarının keçirilməsi gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31