İran rejimi milli fəalları kütləvi şəkildə həbs edir
15 Sentyabr 2023 13:26 GüneyGüney Azərbaycan vətəndaşları və milli fəallarının dəfələrlə göndərdiyi xəbərlərə görə, İran təhlükəsizlik qüvvələri Güney Azərbaycanın milli fəallarının yaşayış və iş yerlərinə hücum edərək, onlardan bir neçəsini qaçıraraq naməlum bir yerə aparıblar.
On illərdir Güney Azərbaycan xalqına qarşı hər cür etnik və milli ayrı-seçkiliyə yol verən İran İslami diktaturası Azərbaycan xalqının qiyamından qorxaraq Güney Azərbaycanın milli fəallarını qaçıraraq onlara işgəncə verir.
Həbs edilən 8 fəalın adları belədir:
Peyman İbrahimi Dinvər
Murtuza Nurməhəmmədi Nadarlı
Əli Babayi
Davud Şiri
Məhəmməd Rza Movəhed
Araz İbrahimnejad
Cavad Sudbər
Əmir Hüseyn Ağayi
Mehrdad Qadiri
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31