İranlı müğənni Azərbaycan mahnısı oxudu - VİDEO

Tanınmış iranlı müğənni Sara Mahmoud Pour Azərbaycan mahnısı oxuyub.

Olaylar.az axşam.az-a istinadən bildirir ki, o, "O, dedi yox, yox, yox" mahnısını musiqiçilərin müşayiəti ilə canlı ifa edib. Bəstənin musiqisi Tofiq Quliyev, sözləri isə Zeynal Cabbarzadəyə məxsusdur.

Həmin ifasını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşən Sara "Bizə bir "ürək" yazın" şərhini qeyd edib. Onun ifasına həm azərbaycanlılar, həm də iranlılar bəyəni işarəsi qoyub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31