Güneydəki müəllimlərdən ETİRAZ AKSİYASI

Təbriz, Urmiya və Ərdəbil şəhərlərində təqaüdə çıxmış müəllimlər məişət qayğılarının çoxaldığı, inflyasiyanın yüksəldiyi bir vaxtda təqaüdlərin artırılmamasına etiraz ediblər.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İran Müəllimlər Birliyi məlumat yayıb.

Onlar "Həbs edilən müəllimlər azad edilsin!" şüarları səsləndirərək etiraz aksiyaları zamanı həbs edilən həmkarlarının sərbəst buraxılmalarını tələb ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31