İranda partlayış oldu - Ölən var

İranın cənubunda Hörmüzqan əyalətinin Bəndər Hamir rayonunda qaz borusunda baş verən partlayış nəticəsində bir nəfər ölüb.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə Bəndər Hamir bələdiyyə başçısı Mir Haşim Hastar açıqlama verib.

Bölgədə geniş təhlükəsizlik tədbirlərinin görüldüyünü deyən İran rəsmisi yanğınsöndürmə işlərinin davam etdiyini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31