İran Niderland vətəndaşını HƏBS ETDİ

Niderlandda yaşayan 42 yaşlı Səid Fərahani İrana gəldikdən sonra həbs edilib.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb.

Bildirilib ki, iki ay əvvəl İrana gəldikdə Tehran hava limanında Fərahaninin pasportu əlindən alınıb.

Bir neçə gün əvvəl isə o, Evin həbsxanasının prokurorluğuna çağırılıb. Prokurorluğa gedən Fərahani oradaca həbs edilib.

Onun ittihamı barədə hər hansı məlumat verilmir. Fərahaninin ikili vətəndaşlığı olduğu üçün saxlanıldığı ehtimal edilir.

Qeyd edək ki, İran hökuməti uzun illərdir xarici vətəndaşları müxtəlif ittihamlarla həbs edərək onların sərbəst buraxılması üçün Qərb ölkələri qarşısında tələblər irəli sürür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31