Güneyli idmançı həbs olundu
24 Avqust 2023 10:53 GüneyGüney azərbaycanlı boksçu Ümid Mustafazadə həbs edilib.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.
Onların sözlərinə görə, tanınmış boksçu avqustun 22-də Təbrizin Səhənd stadionunun qarşısında saxlanılıb.
Təhlükəsizlik məmurları tərəfindən həbs edilən idmançının Təbriz həbsxanasına köçürüldüyü bildirilib.
Onun nədə ittiham olunduğu barədə məlumat verilməyib. İdmançının Urmiya gölü aksiyaları ilə bağlı saxlanıldığı ehtimal olunur.
Bundan öncə Ümid Mustafazadə Türkiyədə keçirilən beynəlxalq boks yarışında ekoloji problemə diqqət cəlb etmək üçün Urmiya gölünün fotosu olan bannerlə rinqə çıxmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31