İranda toz fırtınası nəticəsində 500 nəfər xəsarət aldı

Son iki gün ərzində İranın Sistan və Bəlucistan əyalətində şiddətli toz fırtınası nəticəsində 500-ə yaxın insan xəsarət alıb.

Olaylar.az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə əyalətin böhran qərargahının rəhbəri Məcid Mohebbi bildirib.

"488 nəfər tibb mərkəzlərinə müraciət edib, onlardan 64-ü xəstəxanaya yerləşdirilib, qalanları ambulator müalicə alıb", - Mohebbi deyib.

Sistan və Bəlucistan əyalətinin meteorologiya xidmətinin rəhbəri Möhsün Heydəri bildirib ki, bu əyalətin Zabol şəhərində küləyin maksimal qeydə alınan sürəti saatda 94 kilometr, Zahak şəhərində isə 79 kilometr/saat təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31