İranın tanınmış sünni din xadimi saxlanıldı
21 Avqust 2023 11:32 Güneyİranın tanınmış sünni din xadimi Mövləvi Əbdülhəmid saxlanılıb.
Olaylar.az oxu.az-a istinadən bildirir ki, bu barədə "Azad İran" "Telegram" kanalı İslam Respublikasının dövlət qurumuna istinadən məlumat yayıb.
Məlum olub ki, onun barəsində cinayət işi cümə xütbələrində çıxışlarına və "güclü təxribat xarakterli mövqe tutmağına" görə açılıb.
"Bununla bağlı ona dəfələrlə xəbərdarlıq edilib, lakin Zahidan şəhərindəki sünni məscidinin imamı öz mövqeyində israr edib", - deyə Sistan və Bəlucistan əyalətinin Məhkəmə-Ədliyyə İdarəsinin yaydığı bəyanatda deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31