Məscidlər boş qalıb - Xameneyinin nümayəndəsi gileyləndi
17 Avqust 2023 17:20 Güneyİran rəhbəri Əli Xameneyinin Yəzd əyalətindəki nümayəndəsi və Yəzd şəhərinin cümə imamı Məhəmməd Rza Nasiri vətəndaşların məscidlərə getməməsindən gileylənib.
Olaylar.az Bakupost.az-a istinadən xəbər verir ki, "Sosial mediada məscidlərə qarşı təbliğatın artması vətəndaşların, xüsusilə gənclərin siyasi və ictimai qərargahlarımız sayılan məscidlərə marağının azalmasına, məscidlərin boş qalmasına səbəb olub",- Nasiri iddia edib.
O, hakimiyyəti bununla bağlı tədbirlər görməyə və gənclərin məscidlərə getməsi üçün stimullaşdırıcı addımlar atmağa çağırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31